“Dalmatinko Cup”ın rəsmi “facebook” səhifəsi U-12 komandamızın bu turnirdə çıxışı barədə xoş sözlər yazıb. Yazıda ilk dəfə Azərbaycan təmsilçisinin bu turnidə çıxış etdiyi qeyd edilib.
Bundan əlavə, komandamızın qrup mərhələsini birinci pillədə tamamlaması, Xorvatiyanın köklü klublarından olan “Hayduk”u məğlub etməsi, həmçinin yarışı məğlub olmadan tərk etməsi xüsusi vurğulanıb. Təşkilatçılar komandamızın turnirdəki çıxışını yarışın ən böyük sensasiyası kimi dəyərləndiriblər. Bundan əlavə, turnir müddətində komandamızın futbolçuları, məşqçi heyətinin əsl idman ruhu nümayiş etdirməsi və nümunəvi davranışı da xüsusi qeyd edilib, bu cür komandanın turnirdə çıxış etməsi ilə fəxr etdikləri vurğulanıb.
Sonda gələcəkdə ölkəmizdən daha çox komandanı bu turnidə görməyi arzuladıqlarını bildiriblər.