“Sabah”ın U-10 komandası Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edib.
Qrup mərhələsini birinci pillədə başa vuran Savalan Əlizadənin yetirmələri yarımfinalda “Sumqayıt”ı məğlub edərək (2:1) finala vəsiqə qazanıb. Həlledici görüşdə EFA-ya məğlub olan (0:2) komandamız turniri ikinci pillədə başa vurub.