Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş mini-futbol turniri keçirilib. “Sabah”ın yarımmüdafiəçisi Elşən Abdullayev “Məktəblinin dostu” layihəsi çərçivəsində, 117 nömrəli məktəbdə keçirilmiş turnirin final görüşünü izləyib, mükafatlandırma mərasimində iştirak edib.

“8 nömrə”miz final oyunundan sonra qalibləri təbrik edib, klubumuz adından futbolçularımızın imzası olan oyun formamızı məktəbə hədiyyə verib.