“Sabah”ın U-13 komandası futbol tariximizin ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu olmuş, Azərbaycan millisinin baş məşqçisi vəzifəsində çalışmış mərhum Ələkbər Məmmədovun 89-cu ildönümü ilə əlaqədar keçirilən xatirə turnirində iştirak edib.

Olimpiya növləri üzrə milli komandaların təlim-məşq mərkəzinin stadionunda AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə keçirilən yarışın 1/4 finalında “Təhsil”i (4:0), yarımfinalında isə “Səbail”i (2:0) mübarizədən kənarlaşdıran təmsilçimiz finala vəsiqə qazanıb.

Komandamız həlledici görüşdə “Keşlə” ilə qarşılaşıb. 1:1 hesablı bərabərliklə nəticələnmiş matçın penaltilər seriyasında daha dəqiq oynayan rəqib turnirin qalibi olub. “Sabah” isə xatirə turnirini ikinci pillədə başa vurub.

Futbolçumuz Ömər Yusublu turnirin ən yaxşı oyunçusu seçilib.

Komandamızın oyunları:

1/4 final

“Sabah” – “Təhsil” 4:0

Qollar: Mirhafiz Talışzadə (2), Anar Cəbiyev, Elgün Dünyamalıyev.

Yarımfinal

“Sabah” – “Səbail” 2:0

Qollar: Niyazi Osmanov, Anar Cəbiyev.

Final

“Keşlə” – “Sabah” 1:1 (pen-4:3)

Qol: Niyazi Osmanov.