Futbol üzrə Azərbaycan I Divizionunda 2018/19 mövsümünə yekun vurulub. “Sabah-2” son turda səfərdə MOİK-lə qarşılaşıb. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə nəticələnib.
Əvəzedici heyətimizin baş məşqçisi Vasif Haqverdiyev oyunda aşağıdakı heyətə şans verib:
- Hüseynəli Quliyev, 21. Novruz Məmmədov, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov (k) (24. Samir Məmmədov, 61), 35. Eldost Qiyasbəyli, 87. Elçin Mustafayev, 18. Kamran Məmmədov, 97. Emil Qasımov (69. Tahir Zeynalov, 74), 45. Tolqar Yaqubov (43. Vüsal Qəmbərov, 85), 31. Sultan Mustafayev (23. Tacir Əlizadə, 78), 72. Ayxan Quluzadə (40. Tural Nəsirov, 65).
“Sabah-2” mövsümü 38 xalla 14 komanda arasında 8-ci pillədə başa vurub.