Mayın 18-dən 28-dək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Sloveniyada təlim-məşq toplanışı olacaq. “Sabah” FK-nın 4 futbolçusu – Zahid Mərdanov, Elçin Mustafayev, Şakir Seyidov və Emil Qasımov da toplanışa dəvət alıb.
Hazırlıq prosesi zamanı yığmamız 2 yoxlama oyunu keçirəcək. Mayın 21-də Xorvatiyanın “Sloven Belupo-2” komandası ilə qarşılaşacaq U-21, mayın 27-də Lyublyana “Olimpiya”sının əvəzediciləri ilə görüşəcək.