“Qol var idimi?” müsabiqəsinin qalibi Qədir Bağırov mükafatını aldı.
Aprelin 28-dən davam edən sorğu sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb oldu. “Facebook” və “instagram” hesablarımıza mövzu ilə bağlı 600-dən çox şərh yazıldı. Münsiflər Qədir Bağırovun epizodla bağlı şərhini ən yaxşı hesab etdilər.
Xatırladaq ki, qalibin adı mayın 6-da İctimai TV-dən yayımlanan “Bol idman” verilişində açıqlanmışdı.