Futbol üzrə Azərbaycan yığmasının AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlar üçün heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Nikola Yurçeviçin dəvət etdiyi futbolçular arasında “Sabah”ın yarımmüdafiəçisi Rəşad Eyubov da var.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakıda baş tutacaq.