Düz 27 il öncə, 1992-ci il mayın 18-də erməni silahlıları Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonunu işğal etdilər.

İşğal nəticəsində 60 min nəfərə yaxın insan öz dədə-baba torpaqlarından didərgin düşüb, 267 nəfər öldürülüb, 66 nəfər girov götürülüb. Rayondakı 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri, 13 min 745 yaşayış evi, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə talan və məhv edilib.