Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.
Rövşən Babayevin başçılığı altında ilk oyununu keçirən “Sabah-2”, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb. Qollarımıza Ayxan Quluzadə, Fərid Cəfərli və Kənan Həsənov imza atıblar.