Əvəzedici komandamıza yeni məşqçilər təyin edilib.
Son mövsümdə əsas komandamızda çıxış etmiş Bəxtiyar Soltanov bundan sonra “Sabah-2”-də köməkçi məşqçi kimi fəaliyyət göstərəcək. Sabiq yarımmüdafiəçi 2018/19 mövsümündə (Premyer Liqa və ölkə kubokunda) 15 oyun keçirib, 2 qol vurub.
“Sabah-2”-də qapıçı məşqçisi postu isə Rauf Mehdiyevə həvalə olunub. Mehdiyev daha öncə “Simurq” FK-da, həmçinin əsas, U-19 və U-17 millilərimizdə çalışıb.
Xatırladaq ki, əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayevdir.