“Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edəcək üzvlərimiz bu gün səhər saatlarında İspaniyanın paytaxtı Madridə yola düşüblər.
Xatırladaq ki, Sabah” FK Madriddə baş tutacaq turnirdə U-12 komandamızın futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq. Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.
“Dostluq üçün futbol” sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdur.