Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin konsulu Adil Şükürov “Dostluq üçün futbol” sosial layihəsində iştirak üçün bu ölkədə olan üzvlərimizi ziyarət edib, onlara dəstək olub.
Xatırladaq ki, “Sabah” FK Madriddə baş tutacaq turnirdə U-12 komandamızın futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunur. Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılıb.
“Dostluq üçün futbol” sosial layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdur.