“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Cavid Tağıyev bundan sonra komandamızın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub. Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.