İspaniyanın paytaxtı Madriddə keçirilən “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən U-12 komandamızın baş məşqçisi Samir Əbdürəhmanov sertifikata layiq görülüb. “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak edən məşqçimiz təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən bir çox məşqçinin iştirak etdiyi təlimin əsas mövzusu uşaq futbolu olub.
Əbdürəhmanova sertifikatı Braziliya futbolunun məşhur siması Roberto Karlos təqdim edib.