“Dostluq üçün futbol” sosial layihəsinin futbol oyunlarında finalçılar bəlli olub. İspaniyanın paytaxtı Madriddə keçirilən turnirdə “Sabah”ı təmsil edən Ayxan Əlizadənin çıxış etdiyi komanda finala vəsiqə qazanıb. Həlledici görüş sabah Madridin mərkəzi küçəsində salınmış meydançada baş tutacaq.

Ölkəmizi sosial layihədə təmsil edən digər futbolçularımızdan Babamirzə Mehdiyevin çıxış etdiyi komanda mübarizəni qrup mərhələsində dayandırıbsa, Fatimə Məhərrəmlinin oynadığı komanda yarımfinalda dayanıb.