“Sabah”ın U-9 komandası Təhsil Liqasının qalibi olub. Ruhin Əliyevin yetirmələri “Xəzər Buzovna” ilə oyunda texniki qələbə qazanaraq, çempionatın bitməsinə 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Namiq Həsənovun başçılıq etdiyi “Vətən” isə ikinciliyi təmin edib.