İspaniyanın paytaxtı Madriddə keçirilən “Dostluq üçün futbol” sosial layihəsində futbol oyunlarına yekun vurulub. “Sabah”ın qapıçısı Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” turnirin qalibi olub. Ayxanın komandası finalda “Tasmanian Devil”i üstələyərək, yarışı çempion kimi başa vurub.

Xatırladaq ki, ölkəmizi sosial layihədə təmsil edən digər futbolçularımızdan Babamirzə Mehdiyevin çıxış etdiyi komanda mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırmışdı.