İspaniyanın paytaxtı Madriddə baş tutan “Dostluq üçün futbol” (Football for friendship) sosial layihəsində iştirak edən təmsilçilərimiz Vətənə kubokla dönüblər.
Xatırladaq ki, qapıçımız Ayxan Əlizadənin çıxış etdiyi “Antiguan Racer” komandası turniri çempion kimi başa vurub. Digər futbolçularımızdan Babamirzə Mehdiyevin komandası mübarizəni qrup mərhələsində, Fatimə Məhərrəmlinin oynadığı komanda isə yarımfinalda dayandırıb.
Məşqçimiz Samir Əbdürəhmanov “Dostluq üçün futbol beynəlxalq məşqçilər akademiyası”nın təlimlərində fəal iştirak etdiyi üçün təşkilatçılar tərəfindən xüsusi diplomla təltif edilib.
Məşqçimiz və futbolçularımız iyunun 1-də, Madridin “Vanda Metropolitano” stadionunda Çempionlar Liqasının final görüşünü canlı izləyiblər.