Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Konqo əsilli fransalı futbolçu Kevin Kubemba bundan sonra komandamızın uğurları üçün çalışacaq. 26 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Karyerası ərzində Fransanın “Amyen”, “Lill”, “Brest”, “Bur-an Bress”, Belçikanın “Sent-Trüden”, Bolqarıstanın ÇSKA (Sofiya) komandalarının şərəfini qorumuş Kubemba, son mövsümdə Azərbaycanın “Səbail” klubunda çıxış edib.

Hücumçu Konqo millisində 3 oyun keçirib.