“Sabah” Futbol Klubu rəsmi maskotunun hazırlanması üçün müsabiqə elan edir.
Təklif edilən maskot aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:
- “Sabah” Futbol Klubunun dəyərlərini əks etdirməlidir;
- Əsas missiyamızın gəncləri futbolumuza qazandırmaq olduğunu nəzərə alaraq, tərtib olunacaq maskotda gəncliyin rəmzi olan çeviklik və dinamiklik əks olunmalıdır;
- “Sabah” Futbol Klubunun rəsmi rəngləri (göy, ağ) əks olunmalıdır;
- Daha öncə Azərbaycanda və xaricdə heç bir qurum tərəfindən istifadə olunmamalıdır;
- Göndərilmiş eskizdə maskotun adı, izahı və görünüşü tam əks olunmalıdır;
Müsabiqə 30 iyul 2019-cu il tarixinə kimi keçərlidir.
Qalibə 2000 AZN məbləğində pul mükafatı təqdim ediləcək.
Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında məlumatları təklif etdikləri eskizlə birlikdə elnur.hamidov@sabahfc.az ünvanına “MASKOT” başlığı ilə göndərə bilərlər.