2019/20 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Gənc müdafiəçi Bəhlul Mustafazadə bundan sonra komandamızın uğurları üçün çalışacaq. 22 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.

“Qəbələ” FK-nın yetirməsi olan Bəhlul, peşəkar karyerasında bu komandadan başqa “Sumqayıt”ın uğurları üçün də çalışıb. Mustafazadə ötən mövsüm “Qəbələ”də çıxış edib.

Müdafiəçi Azərbaycan yığmasının U-17, U-19 və U-21 komandalarının şərəfini qoruyub.