Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” daha bir futbolçunun keçidini həll edib. Cənubi afrikalı futbolçu Hendrik Eksteynlə 2 illik müqavilə bağlanıb.
28 yaşlı yarımmüdafiəçi karyerası ərzində yalnız yetirməsi olduğu “Kayzer Çifs” klubunun şərəfini qoruyub. Eksteyn CAR millisində 2 oyun keçirib.
Xatırladaq ki, cənubi afrikalı futbolçu yay transfer pəncərəsində heyətimizə qatdığımız 7-ci futbolçudu. Bunadək Cavid Tağıyev, Ruslan Abışov, Kevin Kubemba, Məhəmməd Mirzəbəyov, Bəhlul Mustafazadə və Amadu Diallo ilə müqavilə bağlanmışdı.