“Sabah” FK heyətini iki yeni futbolçu ilə gücləndirib. Gənc futbolçular Anar Panayev və Abbas Ağazadə bundan sonra komandamızın uğurları üçün çalışacaqlar.

Abbas Ağazadə “Qəbələ” futbol akademiyasının yetirməsidi. 1999-cu il təvəllüdlü futbolçu yarımmüdafiəçi mövqeyində çıxış edir.

Anar Panayev də yarımmüdafiəçidi. “Anji” futbol akademiyasının yetirməsi olan azərbaycanlı futbolçu 2000-ci il təvəllüddü.

Hər iki futbolçu ilə 3 illik müqavilə bağlanıb.

Abbas Ağazadə

Anar Panayev