“Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. “Kapital Bank Arena”da “Sumqayıt”la üz-üzə gələn komandamız Hendrik Eksteyn və Filip İvanoviçin qollarıyla matçdan 2:0 hesablı qələbəylə ayrılıb. Oyundan sonra baş məşqçimiz Elşad Əhmədov klub saytına matçla bağlı fikirlərini bildirib:

“Artıq ikinci yoxlama oyunudur ki, qələbə qazanırıq. Lakin bu bizim üçün elə də vacib deyil. Hazırda bizim üçün əsas olan komandanın hazırlıq səviyyəsini yoxlamaq, səhvlərimizi görməkdi. Bu baxımdan bu cür oyunlar bizim üçün çox vacibdi. Yenilər komandaya uyğunlaşmaq baxımından çətinlik çəkmirlər. Ancaq komanda kimi oyunumuzu tapmaq üçün vaxt lazımdı”.

Xatırladaq ki, “Sabah” mövsümlərarası fasilədə keçirdiyi ilk yoxlama oyununda “Zirə”ni məğlub etmişdi (5:3).