Klubumuzun məşqçiləri bu dəfə Şəki şəhərində keçirilən “Kids Development Program” Yay Məktəbinin iştirakçısı olub. Yay Məktəbinin idman proqramı klubumuzun məşqçiləri tərəfindən hazırlanıb. Düşərgə zamanı uşaqların fiziki və zehni inkişafını təmin edən futbol məşqləri keçirilib. Daha sonra onlar arasında futbol yarışı təşkil edilib.
Qeyd edək ki, düşərgə “Parents Development Program”ın təşkilatçılığı ilə həyata keçirilib.