Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür.
Düz 144 il öncə, 1875-ci ildə görkəmli maarifçimiz Həsən bəy Zərdabi doğma dilimizdə ilk qəzet olan “Əkinçi”ni yaratdı. Qəzetin ilk dəfə nəşr olunduğu 22 iyul tarixi ölkəmizdə hər il Milli Mətbuat Günü kimi qeyd edilir.
“Sabah” Futbol Klubu bu münasibətlə dəyərli jurnalistləri və media qurumlarını təbrik edir, işlərində uğurlar arzulayır. Bayramınız mübarək!