Bu gün Ağdam rayonunun işğalından 26 il keçir.

1993-cü il iyulun 23-də erməni işğalçıları Ağdamı zəbt etdilər. Ərazisi 1154 kv.km olan rayonun 846,8 kv.km-i, bir şəhər və 80 kəndi hazırda ermənilərin işğalı altındadır.

Ağdam uğrunda döyüşlərdə 6 min azərbaycanlı şəhid olub. Onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 128 minə yaxını öz ölkəsində məcburi köçkünə çevrilib.