Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində ilk oyununu keçirib. Komandamız Rumıniyanın “Konkordia” klubu ilə qarşılaşıb (1:2). Matçdan sonra baş məşqçimiz Elşad Əhmədov klubumuzun saytına qarşılaşma ilə bağlı fikirlərini bildirib:
“İlk yoxlama oyunumuzu keçirdik. Rumıniyanın “Konkordia” komandası ilə qarşılaşdıq. Bu matçda uşaqların fiziki hazırlığının hansı vəziyyətdə olduğunu görmək istəyirdik. Bu gün meydançanın yaxşı vəziyyətdə olmaması oyunumuza təsir etdi. Topla daha çox oynamaq istəyirdik, lakin qazonun vəziyyəti buna imkan vermədi. Rəqib də çox istəkli idi. Toplanışda son oyunlarını keçirirdilər. Matçda bütün futbolçulara şans verdik. Ayrı-ayrı epizodlarda razı qaldığım məqamlar olsa da, ümumilikdə oyunumuzdan razı qalmadım. Çatışmayan cəhətlərimizin üzərində gələn oyuna kimi çalışacağıq”.