Türkiyədə təlim məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib. Rəqib Rumıniya “Konkordia”sı olub. Qarşılaşmada hesabı 34-cü dəqiqədə rumınlar açıb. İlk hissə elə bu hesabla da başa çatıb. İkinci hissənin əvvəllərində Elşad Əhmədovun komandası hesabda tarazlığı bərpa edib. Qarşılaşmanın 51-ci dəqiqəsində Cavid Tağıyev fərqlənib. Bundan sonra komandamızın bir neçə real qol fürsəti olsa da, futbolçularımız bundan yararlana bilməyiblər. Əvəzində rəqib oyunun 69-cu dəqiqəsində hesabda önə keçib – 1:2. Matç elə bu hesabla da başa çatıb.