“Sabah”ın hazırlıq planında dəyişiklik olub. Belə ki, komandamız sabah hazırda məskunlaşdığı Boludan Qızılcahamama yollanaraq, toplanışın qalan hissəsini burda davam etdirəcək. Buna səbəb, güclü yağışlardan sonra Boludakı meydançaların ot örtüyündə yaranmış problemdi.