“Sabah” müdafiəçisi Eltun Turabovu icarəyə verib. Gənc müdafiəçi AFFA-nın da iştirakı ilə gerçəkləşən anlaşmaya əsasən, qarşıdakı mövsümdə bu il Albaniya Super Liqasına vəsiqə qazanmış “Biliş”də çıxış edəcək. İmzalama mərasimində “Biliş” klubunun prezidenti Besnik Kapplanaj da iştirak edib.