“Sabah” FK növbəti mövsümə hazırlığı davam etdirir. Dünən Türkiyə toplanışı çərçivəsində Sapancada Qətərin “Əl-Şahaniyə” klubuyla üz-üzə gələn komandamız matçdan 3:2 hesablı qələbə ilə ayrılıb.

Bu gün isə “Sabah”ın düşərgəsində istirahət günü idi. Səhər saatlarında bərpa keçən futbolçular, təlim-məşq toplanışının yorğunluğunu çıxarıblar. Axşam saatlarında isə futbolçular üçün barbekü təşkil edilib. Klubumuzun rəhbər, məşqçi, texniki heyəti və futbolçular açıq havada yemək süfrəsi arxasında vaxt keçirib, maraqlı, xoş söhbətlər ediblər.

Komandamız sabahdan məşqləri bərpa edəcək.