Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində son oyununu keçirəcək. Komandamız Türkiyə Super Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq.

Görüş avqustun 5-də saat 18:00-da (Bakı vaxtı ilə) Ankarada, “Gənclərbirliyi” İlhan Cavcav bazasında baş tutacaq.