Baş məşqçimiz Elşad Əhmədovun “Gənclərbirliyi” ilə oyunla bağlı fikirləri:
“Gənclərbirliyi” bu il Türkiyə Super Liqasına vəsiqə qazanıb. Start heyətlərində 7 legioner var idi. Komandamız ilk dəqiqələrdə oyuna uyğunlaşmaqda çətinlik çəkdi. Birinci hissədə 1:2 hesabıyla məğlub olduq. Fasilədən sonra daha yaxşı oynadıq. Bunun məntiqi nəticəsi kimi gənc hücumçumuz Emil Qasımov hesabı bərbərləşdirdi. Bu yoxlama oyunudu. Buna görə, hamıya şans verdim. Oyunda bəzi boşluqlarımız oldu. Xüsusilə, yarımmüdafiə və müdafiə xətti arasında anlaşılmazlıq var idi. Bunun da nəticəsində rəqib iki qol vurdu. Bu oyunda çatışmayan cəhətlərimizi gördük. Premyer Liqanın ilk turuna kimi çatışmayan cəhətləri aradan qaldırmağa çalışacağıq”.