Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah” yoxlama oyununda qüvvəsini sınayıb. Komandamız I Divizion təmsilçisi MOİK-lə qarşılaşıb. Görüş komandamızın 5:0 hesablı qələbəsi ilə nəticələnib. Matçda qollarımıza Cavid İmamverdiyev (2), Amadu Diallo, Ulisse Diallo və Endi Faustin imza atıblar.

Baş məşqçimiz Elşad Əhmədov görüşdə aşağıdakı futbolçulara şans verib:

Saşa Stamenkoviç, Bəhlul Mustafazadə, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov, Təmkin Xəlilzadə, Amadu Diallo, Cavid İmamverdiyev, Xəyal Tomarov, Hendrik Eksteyn, Rəşad Eyubov, Ulisse Diallo.

Sonradan meydana çıxanlar: Dmitri Bezruk, Məqsəd İsayev, Coşqun Diniyev, Cavid Tağıyev, Endi Faustin, Anar Panayev.