Baş məşqçimiz Elşad Əhmədovun “Neftçi” ilə oyun (1:1) barədə fikirləri:

“İlk tur həmişə çətin olur. Bu oyun da istisna olmadı. Bizim üçün doğrudan çətin qarşılaşma oldu. Uşaqlarda bir az da həyəcan var idi. Bu oyunda hər iki komanda qalib gələ bilərdi. Fikrimcə, matçın ədalətli nəticəsi elə heç-heçə idi. Qol imkanlarımız olsa da, istifadə edə bilmədik. “Neftçi”nin də fürsətləri oldu. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.