Yeni formalarımızı təqdim edirik! Formalar “Macron” firması tərəfindən, klubumuzun təqdim etdiyi xüsusi dizaynla hazırlanıb.
Ev oyunları üçün nəzərdə tutulmuş forma klubumuzun əsas – göy-ağ rənglərindədir. Göy və ağ rəngləri ciddilik, məqsədyönlülük, inam, güc və qüvvəti əks etdirir. Bu rənglərin formalaşdırdığı zolaqlar məhz qeyd olunan amillərin vəhdətidir.
Səfər oyunları üçün hazırlanmış formamız isə futbol akademiyamızın bünövrəsini təşkil edən “Vətən” Futbol Məktəbinin rənglərinə uyğun olaraq sarı-qara rəngdədir. Formanın üzərində əks olunmuş günəş şüaları sabaha açılan yeni gün, yeni ümidlər, yeni qələbələri təcəssüm etdirir.
Yeni mövsümə yeni forma, yeni hədəf və yeni ümidlərlə!