Bu gün Cəbrayıl və Füzuli rayonlarının işğalından 26 il ötür. 1993-cü ilin 23 avqust tarixində erməni silahlıları Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal etdilər.

Bu iki rayonun işğalı Azərbaycan iqtisadiyyatına 9 milyard dollara yaxın ziyan vurub. İşğal nəticəsində insanlar öz ata-baba yurdlarından didərgin düşüblər, onların şəxsi əmlakı talan olunub, ərazidəki tarixi memarlıq abidələri məhv edilib.