“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Komandamız 21 yaşlı yarımmüdafiəçi Ozan Can Kökçü ilə 2 illik müqavilə bağlayıb.

Gənc futbolçu peşəkar karyerası ərzində Hollandiyanın “Valveyk”, Türkiyənin “Bursaspor” və “Girəsunspor” klublarında oynayıb. Ozan Azərbaycanın U-21 millisində də çıxış edib.

Xoş gəldin, Ozan!