Baş məşqçimiz Elşad Əhmədovun “Keşlə” ilə oyun (0:1) barədə fikirləri:

“İlk 45 dəqiqə ərzində müəyyən epizodlarda biz, bəzi hallarda isə qonaqlar topa nəzarət etdi. Hissənin sonunda buraxdığımız qol oyuna öz təsirini göstərdi. Fasilədən sonra dönüş yaratmağa, daha çox cinahlardan hücum qurmağa çalışdıq. Rəqib azlıqda qaldıqdan sonra isə böyük qüvvəylə müdafiəyə çəkildi və biz həmin xətti yara bilmədik. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Növbəti oyunlarda buraxdığımız səhvləri təkrarlamamalıyıq”.