Azərbaycan Premyer Liqasının növbəti turuna hazırlığı davam etdirən “Sabah”, bu gün səhər saatlarında növbəti məşqinə çıxıb. Komandamızın futbolçu, məşqçi və texniki heyəti səhər məşqindən sonra klub rəhbərliyi ilə birgə nahar edib.
“Pizza Bruno”da baş tutan görüşdə komandamızın üzvləri maraqlı, xoş söhbətlər edərək, ağır məşq prosesinin yorğunluğunu üzərlərindən atıblar.
Xatırladaq ki, “Sabah” Premyer Liqanın III turunda səfərdə “Zirə” ilə qarşılaşacaq. Görüş avqustun 31-də, saat 20:30-da Zirə idman kompleksinin stadionunda baş tutacaq.