Sabah Futbol Klubunun Akademiyası könüllülər üçün məşqçi köməkçisi, fiziki məşqçi, analitik məşqçi və tərcüməçi vəzifələri üzrə təcrübə proqramında iştirakla bağlı seçimlərə başlayır!
Təcrübə proqramında iştirak etməklə, dünyanın ən məşhur futbol akademiyalarından olan Dinamo Zaqrebin metodologiyasına yiyələnə, peşəkar futbol mütəxəssisi ola bilərsiniz.
Təcrübə proqramının müddəti 2 ildir. Təcrübə proqramına 18-28 yaşlı gənclər müraciət edə bilər. Namizədlərin ingilis dili biliyinin olması vacibdir.
Təcrübə proqramı könüllülük əsasında həyata keçiriləcək. Könüllülərin nəqliyyat xərcləri akademiya tərəfindən qarşılanacaq.
Təcrübə proqramında iştirak etmək üçün www.intern.sabahfc.az ünvanında qeydiyyatdan keçə bilərsiniz.
Son müraciət tarixi: 10 sentyabr 2019-cu il.