Futbol üzrə Azərbaycan I Divizionunda II turun oyunları keçirilib. “Sabah”ın əvəzedici komandası bu turda evdə “Zirə-2” ilə qarşılaşıb. Binə qəsəbə stadionunda keçirilən matç əvəzedicilərimizin 2:1 hesablı qələbəsi ilə nəticələnib. Komandamızın qollarına Zahid Mərdanov və Emil Qasımov imza atıblar.
Əvəzedici heyətimizin baş məşqçisi Rövşən Babayev qarşılaşmada aşağıdakı heyətə şans verib:
- Hüseynəli Quliyev, 88. Murad Bağırov, 72. Zahid Mərdanov, 38. Arsen Ağcabəyov (18. Kamran Məmmədov, 53), 2. Elçin Mustafayev, 6. Vadim Abdullayev, 80. Bəxtiyar Soltanov (k) (89. Abdulla Rzayev, 80), 65. Xəyal Tomarov, 20. Anar Panayev (96. Balamirzə Soltanov, 57), 42. Reza Biqdeloo (66. Abdulax Xaibulayev, 65), 97. Emil Qasımov (Cavid Nəcizadə, 84).
Xatırladaq ki, ilk turda komandamız səfərdə “Zaqatala” klubunu 1:0 hesabıyla məğlub etmişdi.
“Sabah-2” – “Zirə-2” 2:1
Qollar: Zahid Mərdanov, 47. Emil Qasımov, 55 – Tapdıq Əhmədov, 33.
Binə qəsəbə stadionu.