Bu gün Qubadlı rayonunun işğal günüdür. Düz 26 il, öncə tarixin bu günündə erməni silahlıları Qubadlı rayonunu işğal etdilər.

İşğal zamanı 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid oldu, yüz nəfərə qədər insan itkin düşdü və girov götürüldü. 94 kənd və Qubadlı şəhəri yerlə-yeksan edildi. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.