“Sabah”ın U-14 komandası Gürcüstanın Martvili şəhərində keçirilən “Future Cup”da iştirak edib.
Elnur Zeynalovun komandası ilk oyunda Batumi “Dinamo”su ilə qarşılaşıb. Görüş komandamızın 8:0 hesablı qələbəsi ilə nəticələnib. Qollarımıza Niyazi Osmanov, Xəlil Mürsəlli, Teymur Mirzəyev (2), Vüqar Axundzadə (2), Ömər Yusublu və Məhəmməd Məmmədov imza atıblar.
Növbəti görüşdə təmsilçimiz Tbilisi “Dinamo”su ilə qarşılaşıb. Elnur Zeynalovun yetirmələri bu matçdan da qələbəylə ayrılıb (3:2). Qollarımıza Niyazi Osmanov, Məhəmməd Məmmədov və Ömər Yusublu imza atıblar.
Növbəti görüşdə “Martve Kutaisi” komandasını 2:0 (qollarımıza Niyazi Osmanov və Mirhafiz Talışzadə imza atıblar) məğlub edən U-14 yarımfinala yüksəlib.
Yarımfinalda “Baia Zuqdidi”ni minimal hesabla üstələyən komandamız həlledici görüşə vəsiqə qazanıb. Komandamızı finala daşıyan qolu Niyazi Osmanov vurub.
Finalda komandamızın rəqibi Tbilisi “Dinamo”su olub. 3:0 hesabıyla qalib gələn “Sabah” turnirin qalib başa vurub. Həlledici görüşdə qollarımıza Məhəmməd Məmmədov, Anar Cəbiyev və Niyazi Osmanov imza atıblar.
“Sabah”ın üzvləri turnirin təşkilatçıları tərəfindən bir neçə sahədə ən yaxşı adına layiq görülüblər.
F.Mehtizadə turnirin ən yaxşı qapıçısı, N.Hüseynbalayev ən yaxşı müdafiəçisi, N.Osmanov isə ən yaxşı oyunçusu seçiliblər.