“Zirə” ilə oyun (1:1) yarımmüdafiəçimiz Amadu Diallo üçün əlamətdar olub. Oyunda hesabı açan qvineyalı futbolçu “Sabah”ın heyətində ilk qoluna imza atıb. Amadu komandamızdakı ilk qolu və “Zirə” ilə matçla bağlı təəssüratlarını sabahfc.az-la bölüşüb:
“Qələbə qazana biləcəyimiz oyun idi. İlk hissədə yaxşı oynadıq, hesabı açdıq. Lakin ikinci hissədə geri çəkildik. Bundan sonra “Zirə” ardıcıl hücumlar etməyə başladı və sonda hesabı bərabərləşdirdi. Çox təəssüf edirəm. İlk qələbəmizi qazanmağımız bizim üçün çox yaxşı olardı. “Sabah”da ilk qolumu vurduğum üçün xoşbəxtəm, lakin sonda qələbə qazansaydıq, daha yaxşı olardı”.