Futbol üzrə Azərbaycan I Divizionunda III tura start verilib. “Sabah”ın əvəzedici komandası bu turda səfərdə “Səbail-2” ilə qarşılaşıb. “ASCO Arena”da keçirilən matç rəqibin 3:1 hesablı qələbəsi ilə nəticələnib. Oyunda komandamızın yeganə qoluna Murad Bağırov imza atıb.

Əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayev qarşılaşmada aşağıdakı heyətə şans verib:

70. Hüseynəli Quliyev, 65. Xəyal Tomarov, 97. Emil Qasımov, 20. Anar Panayev (66. Abdulax Xaibulayev, 58), 80. Bəxtiyar Soltanov (k) (90. Tahir Zeynalov, 75), 2. Elçin Mustafayev, 3. Eldost Qiyasbəyli (96. Balamirzə Soltanov, 69), 38. Arsen Ağcabəyov, 91. Cavid Nəcizadə (72. Zahid Mərdanov, 57), 42. Reza Bigdelo (59. Raymond Qodstaym, 57), 88. Murad Bağırov.

3 oyundan sonra hesabında 6 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.