Baş məşqçimiz Elşad Əhmədovun “Qəbələ” ilə oyun (0:1) barədə fikirləri:

“Rəqib bizdən yaxşı oynadı. “Qəbələ”nin gənc futbolçuları daha istəkli idilər, yaxşı döyüşdülər. İkinci hissənin əvvəlində buraxdığımız qol bizə zərbə oldu. Bundan sonra hesabı bərabərləşdirməyə çalışsaq da, alınmadı. Rəqibin əks-hücumları bizə çətinlik yaradırdı”.