Futbol üzrə Azərbaycan I Divizionunda IV tura yekun vurulub. “Sabah”ın əvəzedici komandası bu turda evdə “Qaradağ Lökbatan”la qarşılaşıb. Binə stadionunda keçirilən matç komandamızın 2:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda komandamızın qollarına Balamirzə Soltanov və Cavid Nəcizadə imza atıblar.
Əvəzedici komandamızın baş məşqçisi Rövşən Babayev oyunda aşağıdakı heyətə şans verib:
98. Oleq Karnaux, 65. Xəyal Tomarov, 97. Emil Qasımov (3. Eldost Qiyasbəyli, 88), 59. Raymond Qodstaym, 18. Kamran Məmmədov, 2. Elçin Mustafayev, 72. Zahid Mərdanov (k), 42. Reza Bigdelo (20. Anar Panayev, 53), 88. Murad Bağırov, 87. Hüseyn Əliyev, 96. Balamirzə Soltanov (91. Cavid Nəcizadə, 70).
4 turdan sonra hesabında 9 xal olan “Sabah-2” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.